Misli Premyer Liqası çərçivəsində bu gün keçirilmiş "Sabah" - "Araz-Naxçıvan" oyunundan sonra mətbuat konfransında baş məşqçi Andrey Demçenkonun səsləndirdiyi fikirlər: "Yaxşı, təşkilatlanmış komandaya qarşı oynadıq. Səhvlərimizdən qollar buraxdıq. Oyunu rəqibim meydanında qurmağa çalışdıq, amma pressinq edən zaman səhvlərə yol verdik. "Neftçi" ilə oyunda da belə oldu. Sanki futbolçularda həyəcan var idi. Həyəcan isə hər zaman işini keyfiyyətli görməyə, dəqiq qərar verməyə imkan vermir.
Bu gün komanda olaraq uduzduq. Meydanda olanlardan kimisə seçmək, fərqləndirmək istəmirəm. Taktiki cəhətdən istədiklərimizi reallaşdırmaq üçün zaman lazımdır".